logoOpen Menu icon

Paylaşıldı: 29.03.2025

Dövlət qulluğu

Dövlət Qulluğu imtahanı nədir

Dövlət Qulluğu Nədir? Kimlər Hazırlaşa Bilər və Harada İşləmək Mümkündür?

Dövlət qulluğu son illərdə Azərbaycanda ən çox maraq göstərilən karyera istiqamətlərindən birinə çevrilib. Bəs dövlət qulluğu nədir, bu sahəyə kimlər hazırlaşa bilər, harada işləmək mümkündür və imtahan prosesi necə gedir? Bu sualların cavablarını “Dövlət qulluğu haqqında” qanun və DİM-in təqdim etdiyi məlumatlar əsasında izah edək.

Dövlət Qulluğu Nədir?

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət qulluğu — dövlətin məqsədlərini və funksiyalarını həyata keçirmək üçün dövlət qulluqçularının öz səlahiyyətlərini yerinə yetirməsidir. Bu sahədə işləyənlər Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına əsaslanaraq fəaliyyət göstərirlər.

Kimlər Dövlət Qulluğuna Hazırlaşa Bilər?

Dövlət qulluğuna qəbul olmaq üçün əsas şərtlərdən biri ali təhsilli olmaqdır. Bu sahəyə müxtəlif ixtisaslardan olan şəxslər dövlət qulluğu ixtisas uyğunluğu çərçivəsində müraciət edə bilər. Qəbul prosesi test imtahanı və müsahibə mərhələsindən ibarətdir. İmtahan dövlət qulluğu qeydiyyat mərhələsi ilə başlayır.

Dövlət Qulluğu Kateqoriyaları və Təsnifat

Dövlət qulluğu imtahanı A və B kateqoriyalar üzrə təşkil olunur:

  • A kateqoriyası – Rəhbər vəzifələr (AA, AB, AC altqrupları)
  • B kateqoriyası – İcraçı vəzifələr (BA, BB, BC altqrupları)

İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər adətən BA və BB altqruplarında imtahan verirlər. Hər bir qrupun özünəməxsus imtahan proqramı, sualların sayı və formatı mövcuddur.

Dövlət Qulluğu İmtahanında Hansı Fənlərdən Suallar Verilir?

Dövlət qulluğu imtahan fənləri aşağıdakılardır:

  1. Qanunvericilik – 40 sual (test nümunələri)
  2. Məntiq – 30 sual (test nümunələri)
  3. Azərbaycan dili – 15 sual (test nümunələri)
  4. İnformatika – 15 sual (test nümunələri)

edoocatoor.az saytında pulsuz, heç bir ödəniş etmədən bütün fənnlər üzrə yüzlərlə suallardan ibarət testlərdən istifadə edə və nəticələrinizi rahat şəkildə izləyə bilərsiniz.

Bu sualların bəziləri açıq tipli, bəziləri qapalı test formatında təqdim olunur. Məsələn, AA qrupunda 40 açıq tipli sual verilir, hər biri 2 balla qiymətləndirilir.

Müsahibə və Vəzifə Seçimi Prosesi

İmtahandan uğurla keçmiş namizədlər dövlət qulluğu vakansiyalar üzrə elan olunmuş vəzifələrə portal vasitəsilə müraciət edə bilərlər. Elanlarda iş yeri, vəzifə təsnifatı, maaş, funksiyalar və tələb olunan sertifikatlar ətraflı göstərilir. Müsahibə elan verildikdən sonra 30 gün ərzində təşkil olunur.

Dövlət Qulluğunda İş Şərtləri

Dövlət qulluğu haqqında qanun dövlət qulluqçularına aşağıdakı hüquq və üstünlükləri təmin edir:

  • Həftəlik 40 saatlıq iş rejimi
  • İldə 30 gün əsas məzuniyyət
  • Staj müddətinə görə əlavə məzuniyyət:
    • 5-10 il: 2 gün
    • 10-15 il: 4 gün
    • 15 ildən çox: 6 gün
  • Əməkhaqqı və sosial təminatlar dövlət tərəfindən qorunur

Dövlət Qulluğu Sahəsində Harada İşləmək Mümkündür?

İmtahandan uğurla keçən şəxslər aşağıdakı dövlət qurumlarında inzibati vəzifə tuta bilərlər:

  • ASAN Xidmət
  • Qida Təhlükəsizliyi Agentliyi
  • Dövlət Statistika Komitəsi
  • Təhsil Nazirliyi və Rayon Təhsil Şöbələri
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Energetika Nazirliyi
  • Maliyyə Nazirliyi
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi

və s. qurumlar.


Əlavə olaraq, xüsusi dövlət qulluğu sahələri də mövcuddur. Buraya daha spesifik idarələr və sahələr daxildir.

EDOOCATOR.AZ


Siz edoocator.az ilə dövlət qulluğu imtahanına çox rahat hazırlaşa bilər, Məntiq, İnformatika, Azərbaycan diliQanunvericilik üzrə yüzlərlə suallardan ibarət test və kurslardan tamamilə pulsuz istifadə edə bilərsiniz.


logo

© 2025 Edoocator MMC. Bütün hüquqlar qorunur